TELTAP.AZ - Elan yerləşdir
  • 359

2025-in ilk rübünə bu telefon damğa vurdu!

iPhone 16 satış rekordu qırdı – 2025-in ilk rübünün ən çox satılan telefonu oldu

Counterpoint Research tərəfindən yayımlanan son hesabatda 2025-ci ilin yanvar-mart ayları üzrə ən çox satılan smartfonlar açıqlanıb. Siyahıya Apple və Samsung damğasını vurub. İlk onluqda yalnız bir model Xiaomi brendinə aiddir, digərləri isə Apple və Samsung-a məxsusdur.

Ən çox satılan telefon iPhone 16 olub. Bu, əsas iPhone modelinin uzun fasilədən sonra yenidən zirvəyə qayıtdığını göstərir. iPhone 16 xüsusilə Orta Şərq, Afrika və Yaponiya bazarlarında böyük satış uğuru əldə edib – bu regionlarda ən yüksək artım müşahidə olunub.

İkinci pillədə iPhone 16 Pro Max, üçüncü yerdə isə iPhone 16 Pro qərarlaşıb. iPhone 16 Pro seriyası, Apple-ın Q1 dövründəki ümumi satışlarının yarısına yaxınını təşkil edib.

Dördüncü sırada iPhone 15, beşinci yerdə isə Samsung-un ən çox satılan modeli – Galaxy A16 5G qərarlaşıb.

Siyahının davamında altıncı yeri Galaxy A06, yeddinci yeri isə Samsung-un premium seqmentdəki yeganə nümayəndəsi – Galaxy S25 Ultra tutur. Xiaomi yalnız bir model – Redmi 14C ilə səkkizinci sırada təmsil olunur. Siyahını Galaxy A55 və iPhone 16 Plus tamamlayır.

Texnologiyadan xəbərdar olmaq üçün Telsat Xəbərləri izləməyi unutmayın.