- 435
Apple ekosistemində yeni addım: HomePad gəlir!
Apple HomePad nəhayət gəlir: Yeni nəsil ağıllı ekran təqdimata hazırlaşır.
Bir neçə ildir sızıntılara mövzu olan Apple’ın ağıllı ev cihazı HomePad, texnologiya gündəmini bir daha zəbt edib. Yeni məlumatlara əsasən, cihaz bu ilin sonuna qədər təqdim oluna bilər.
Cupertino mərkəzli Apple, son illərdə yalnız kompüter, planşet və ağıllı saatlar deyil, həm də ağıllı ev sistemləri sahəsində ciddi addımlar atmağa başlayıb. Bu istiqamətdə hazırlanan və uzun müddətdir gündəmdə olan HomePad, şirkətin daxili layihələri arasında öz yerini qoruyur.
HomePad bu il təqdim edilə bilər
Apple-a yaxınlığı ilə tanınan Mark Gurman, Bloomberg-dəki Power On yazısında HomePad cihazı haqqında əhəmiyyətli detallar paylaşıb. Google Nest Hub və Amazon Echo Show kimi məhsullarla rəqabət aparacağı gözlənilən HomePad-in əvvəllər təxirə salındığı bildirilmişdi. Amma indi Gurman, cihazın bu il ərzində satışa çıxarılacağını vurğulayır.
Gurman qeyd edir ki, süni intellektlə gücləndirilmiş yeni Siri üzərindəki gecikmə HomePad layihəsini də ləngidib. Lakin görünür, Apple HomePad-i Siri-nin yeni versiyasını gözləmədən bazara çıxarmaq niyyətindədir.
Apple HomePad necə olacaq?
Gözləntilərə əsasən, HomePad 7 düymlük ekrana malik olacaq. Həmçinin cihazda ön kamera, FaceTime dəstəyi, video zənglər üçün uyğunluq, Apple tətbiqləri ilə inteqrasiya, batariya ilə işləmə və Apple Intelligence funksiyaları yer alacaq. Həmçinin Apple-ın yeni homeOS əməliyyat sistemi də bu cihazla birlikdə təqdim ediləcək.
Rəsmi təqdimat tarixi hələlik açıqlanmasa da, WWDC tədbirində tanıdılması ehtimalı yüksəkdir.
Texnologiyadan xəbərdar olmaq üçün Telsat Xəbərləri izləməyi unutmayın.