- 169
Apple tədbirindən əvvəl iPhone 17 kabroları yayıldı
iPhone 17 seriyası təqdimatdan öncə üzə çıxdı – yeni kabrolar sızdırıldı!
Apple rəsmi olaraq 9 sentyabr tarixində təqdimat tədbirini təsdiqləyib. Bu tədbirdə şirkətin iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro və iPhone 17 Pro Max modellərini təqdim edəcəyi gözlənilir. Təqdimata sayılı günlər qalmasına baxmayaraq, artıq iPhone 17 seriyasına aid yeni kabrolar internetdə yayımlanıb.
Məşhur sızıntı mənbəsi Evan Blass, tanınmış Urban Armor Gear (UAG) brendinə aid iPhone 17 kabrolarını sosial şəbəkə X üzərindən paylaşıb. Bu kabrolarda iPhone 17 Air və Pro modellərinin arxa kamera dizaynı aydın görünür.
Gözləntilərə görə, iPhone 17 dizayn baxımından iPhone 16-ya çox bənzəyəcək. Lakin iPhone 17 Pro və Pro Max modelləri tamamilə yenilənmiş arxa kamera modulu ilə gələcək. Kabrolarda həmçinin Action düyməsi və Camera Control üçün kəsiklər də yer alıb.
Digər tərəfdən, iPhone 17 Air modeli üçün kabro, cihazın tək arxa kamera və Pixel telefonlarını xatırladan kapsul formalı modul ilə gələcəyini göstərir. Bu modeldə də həm Camera Control, həm də Action düyməsi mövcud olacaq.
Xatırladaq ki, Apple tədbiri 9 sentyabr tarixində, saat 10:00 PT-də Kaliforniyada yerləşən Apple Park-da, Steve Jobs Teatrında keçiriləcək.