- 175
HMD Pulse 2 Pro bütün detalları sızdırıldı!
HMD Pulse 2 Pro təqdimata hazır: Əsas xüsusiyyətlər sızdırıldı
IFA 2025 sərgisinə bir neçə gün qalmış, HMD Pulse 2 Pro modeli İsveçrə pərakəndə satıcısının siyahısında ortaya çıxdı. Siyahıda həm şəkillər, həm də əsas texniki göstəricilər yer alır və bu, yaxın zamanda təqdim ediləcək büdcə dostu smartfon haqqında demək olar ki, bütün detalları üzə çıxarır.
Dizayn və kamera
Pulse 2 Pro (TA-1687) modeli qara və yaşıl rəng seçimləri ilə təqdim olunur. Telefonun arxa panelində əvvəlki versiyadan fərqli olaraq iki rəngli kamera bloku diqqət çəkir. Burada 50 MP əsas kamera OIS dəstəyi ilə və LED işıqlandırma yerləşdirilib.
Ekran və performans
Ön tərəfdə isə 6.72 düymlük IPS LCD ekran (FHD+ icazəli) və 50 MP ön kamera üçün punch-hole yerləşdirilib. Cihazda Unisoc T615 prosessoru, 6 GB RAM və 128 GB yaddaş (microSD ilə artırıla bilər) mövcuddur.
Batareya və proqram təminatı
Smartfon Android 15 əməliyyat sistemi ilə çalışır və 5,000 mAh batareya ilə təchiz olunub. Sürətli enerji yığma texnologiyası dəqiqləşdirilməsə də, cihazın gündəlik istifadəyə tam uyğun olduğu görünür.
Qiymət və təqdimat
Ölçüləri 166.14 x 76.58 x 8.3 mm, çəkisi isə 198 qram olan Pulse 2 Pro, İsveçrədə CHF 169 qiyməti ilə listə düşüb. Bu isə təxminən €180 / $211 deməkdir. Rəsmi təqdimat isə bu həftə IFA Berlin 2025 sərgisində gözlənilir.