- 184
Samsung-un Üçəqatlanan Telefonu Bu Ay Gəlir?
Samsung İlk Üçəqatlanan Smartfonunu Bu Ay Təqdim Edə Bilər
Samsung-un uzun müddətdir hazırladığı ilk üçəqatlanan smartfon nəhayət bu ay təqdim oluna bilaər. Cənubi Koreyanın ET News agentliyinin məlumatına görə, şirkət bu yenilikci cihazı planlaşdırılandan daha tez, sentyabr ayının sonlarında baş tutacaq xüsusi Unpacked tədbirində dünyaya göstərə bilər. Cihazın rəsmi satışına isə noyabr ayında başlanıla bilər.
Təchizat zənciri mənbələrindən alınan yeni məlumatlar Samsung-un istehsal hədəflərini kəskin şəkildə aşağı saldığını göstərir. Əvvəl 200.000 ədəd olaraq proqnozlaşdırılan bu rəqəm indi cəmi 50.000 ədədə endirilib.
Galaxy Z TriFold kimi birinci nəsil cihazı, bu forma faktoruna olan istehlakçı tələbatını sınamaq üçün bir sınaq addımı hesab etmək olar. Vəziyəti daha da mürəkkəbləşdirən isə ondan ibarətdir ki, Samsung öz üçəqatlanan smartfonunu yalnız iki bazarda - Cənubi Koreya və Çində satışa çıxara bilaər. Belə məhdud buraxılışın səbəbi Galaxy Z Fold7-yə olan tələbatı azaltmamaq və diqqəti ondan ayırmamaqdır.